Buzovnada qadını xüsusi amansızlıqla qətlə yetirən şəxs Moskvaya qaçıb - TƏFƏRRÜAT
Buzovnada qadına 16 bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirən Əmri Süleymanov Azərbaycandan qaçıb. Xəzər Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızını xüsusi amansızlıqla öldürməkdə şübhəli bilinən Əmri Süleymanov fevralın 15-də Azərbaycan sərhədini keçərək Rusiyaya gedib. Onun hazırda Moskvada olduğu bildirilir. Dayısı oğluna zəng vuran Əmri Süleymanov hadisənin təsadüf nəticəsində baş verdiyini, əməlindən peşman olduğunu bildirib. Süleymanovun qohumları bu barədə prokurorluğa məlumat veriblər. Hazırda Əmri Süleymanovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, fevralın 13-də paytaxtın Buzovna qəsəbəsindəki “Əli Ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyiti tapılıb. Meyitə ilkin baxış zamanı onun üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızı olduğu məlum olub. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Əmri Süleymanov olması müəyyən edilib. Hadisənin Xatirə Rzayevanın Əmri Süleymanova söyüş söyməsi nəticəsində baş verdiyi ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib