Ukrayna Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstanın müraciətini rədd etdi
Gürcüstan Baş Prokurorluğu Ukrayna tərəfinə müraciət edərək sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyasını istəyib. APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, Mixail Saakaşviliyə qarşı ittihamlar irəli sürüldüyü və barəsində axtarış elan olunduğu üçün onun saxlanılması və Gürcüstan ekstradisiyası ilə bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edilib: “Lakin iki ölkə arasında ekstradisiya haqqında saziş olmasına baxmayaraq, Ukrayna tərəfi Gürcüstan tərəfi ilə bu məsələdə əməkdaşlıq etməyib və Mixail Saakaşvilinin Gürcüstana ekstradisiyasını həyata keçirməkdən imtina edir”. Xatırladaq ki, Mixail Saakaşvili Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin olunub.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib