Ukraynada atəşkəs pozuldu, hər iki tərəfdən ölən və yaralananlar var
Minsk razılaşmalarına əsasən, fevralın 15-dən qüvvəyə minən atəşkəs rejimi yenidən pozulub. APA TV-nin məlumatına görə, bölgədən silahlı qarşıdurma ilə bağlı xəbərlər gəlməkdə davam edir. Tərəflər atəşkəsin pozulmasına görə bir-birilərini ittiham edirlər.
“Donetsk Xalq Respublikası” separatçı rejiminin qərargah rəisinin müavini Eduard Basurin bildirib ki, Ukrayna tərəfi atəşkəs istəmir: “Ordu məntəqələrimizə hücum etməkdə davam edir. İki hərbi birliyimizə Ukrayna ordusu hücum edib. 2 nəfər ölüb, 90 nəfər yaralanıb".
Ukrayna ordusundan gələn açıqlamada isə bildirilir ki, atəşkəs rejimindən sonra 5 nəfər ölüb, 20 əsgər yaralanıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andrey Lısenko bildirib ki, Separatçılar Ukrayna ordusunun mövqelərinə 129 dəfə hücum ediblər: “Ordu işğal edilmiş torpaqlarımızı qorumaq üçün orda idi. Təkrar edirəm, ordu sadəcə olaraq separatçılar tərəfindən açılan atəşə qarşılıq verib".
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib