Səbaildə evdə gizlənən şəxs qardaş və bacını bıçaqladı - QƏTL
Gecə saatlarında Səbail rayonunda qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 33 yaşlı Türkan Elçin qızı Hüseynova və qardaşı 24 yaşlı Elvin Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynli xəstəxanaya çatdırılan zaman onda həyat əlamətləri olmayıb. Xəsarətləri yüngül olan Türkan Hüseynova ilkin yardımdan sonra evə buraxılıb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar zamanı məlum olub ki, hadisəni Türkan Hüseynovanın tanışı Rasim adlı şəxs törədib. Bu şəxs evdə heç kim olmayan zaman Türkanın yaşadığı mənzilə gələrək orada gizlənib. Türkan, Elvin və anaları evə gələndə Rasim özü ilə gətirdiyi bıçaqla onları vuraraq qaçıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib