Sarkisyan parlamentdən Sürix protokollarını geri çağırıb
Ermənistan prezidenti Serj Sarkisyan parlamentdən erməni-türk protokollarını geri çağırıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Serj Sarkisyan Ermənistan parlamentinin sədri Qalust Saakyana müvafiq məktubla müraciət edib.
Ermənistan-Türkiyə protokollarının imzalanmasından 6 il keçdiyini bildirən S. Sarkisyan bu müddət ərzində Türkiyə hökumətinin siyasi iradə nümayiş etdirmədiyini, əksinə “erməni soyqırımı”nın 100 illiyi öncəsi inkaretmə siyasətinin və tarixə düzəliş edilmə tendensiyasının geniş vüsət aldığını qeyd edib.
Ermənistan prezidenti qeyd edib ki, məsələnin həllinin vacibliyi haqqında dəfələrlə bəyanatlar versə də, Türkiyə rəhbərliyi bu çağırışları eşitməyib. “Bu üzdən də müvafiq protokolların Ermənistan parlamentindən geri çağırılması haqda qərar verdim”, - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib