SOCAR-ın dalğıcı Xəzərdə boğulub
ARDNŞ-in Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcı Xəzər dənizində sualtı təmir işləri zamanı boğularaq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1976-cı il təvəllüdlü Umudov Kamil Əhmədağa oğlu Xəzər dənizində sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi zamanı boğularaq ölüb. İş yoldaşlarının bildirdiyinə görə, sudan su qabarcıqlarının çıxmadığını görən həmkarları suya tullanaraq onu xilas etməyə çalışıblar. Amma bu, mümkün olmayıb. Onlar onun yalnız sudan meyitini çıxara bilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, “Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi” dəniz sahələrində Azərbaycan Dövlət Neft Şirkətinin tapşırıqlarına əsasən neft və qaz yataqlarında tələb olunan bütün növ sualtı-texniki və dalğıc işlərini yerinə yetirir.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?