Azərbaycanda üç rayonun polis rəisi dəyişdirildi
Azərbaycanda üç rayonun polis rəisi dəyişdirilib. Tovuz Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə Göygöl rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov tutduğu vəzifədən azad edilərək Tovuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Ramil Usubovun digər əmri ilə Ağsu Rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov tutduğu vəzifədən azad edilərək Göygöl rayonuna polis rəisi təyin edilib.
OXŞAR XƏBƏRLƏR
19:30
656
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
877
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1699
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2056
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1982
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1273