ABŞ-ın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta Bakıya gəlib. APA TV-nin xəbərinə görə, amerikalı diplomat Azərbaycandakı ilk bəyanatını Azərbaycan dilində verib. O, Heydər Əliyev Beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Bakıda olduğuna görə şaddır. Səfir həyat yoldaşının da tezliklə Bakıya gələcəyini deyib.
Robert Sekuta xüsusilә, Azәrbaycan prezidenti İlham Әliyevә etimadnamәsini tәqdim etmәyi sәbirsizliklә gözlәdiyini bəyan edib: "Prezident İlham Әliyev etimadnamәmi qәbul etdikdәn sonra ölkә boyu Azәrbaycan xalqı ilә görüşmәk istәyirәm. Xalqın fikirlәrini eşitmәk, iki ölkә arasında nәlәrin vacib olduğu haqda onların düşüncәlәrini bilmәk istәyirәm. Ölkәlәrimizi daha çox cәlb edәcәk fәaliyyәtlәr barәsindә dә onların fikrini öyrәnmәk istәyirәm. Әminәm ki, belә görüşlәr әsnasında ölkәlәrimiz arasında anlaşma vә qarşılıqlı hörmәti güclәndirib daha möhkәm әlaqәlәr qura bilәrik".
Robert Sekuta hava limanına onu qarşılamağa gələn jurnalistlәrə tәşәkkür edib vә etimadnaməsini prezidentә tәqdim etdikdәn sonra yenә danışmaq imkanının olacağını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?