Bakıda piyadanı vurub öldürən avtobus sürücüsü hadisə yerindən qaçıb
Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Şəhər şosesi küçəsi, 4 ünvanında "Isuzu" markalı sərnişin avtobusu Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Piyada, 43 yaşlı Mahir Qılıncxan oğlu Həsənov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Avtobusun sürücüsü isə hadisə yerini tərk edib. 3 saylı Şəhər Klinixi Xəstəxanasından hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri çərçivəsində avtobusun sürücüsü saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hələlik adı açıqlanmayan sürücünün sürücünün əməlinə hüquqi qiymət aparılan araşdırmaların yekununda veriləcək.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib