DSX rəisi Lənkəranda qəbul keçirib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunları Komandanı general-polkovnik Elçin Quliyev fevralın 12-də Lənkəran Sərhəd Dəstəsində Lənkəran, Astara, Lerik və Yardımlı rayonunun sakinlərini qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı DSX-də xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, pensiyaların düzgün hesablanması, müharibə veteranı vəsiqəsi ilə təmin olunmaq və digər məsələlərlə bağlı Elçin Quliyevə müracətlər olunub.
Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyən DSX rəisi əksər məsələlərin yerindəcə həll olunması üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlərini verib.
DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınmaqla baxılmasının təşkili üçün nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib