Narkotiki toyuq hinində gizlədən şəxs: "Gənclər baxsın, dərs alsın"
Kürdəmir sakinin üzərindən və evindən ümumilikdə 301 qram narkotik vasitə aşkarlanaraq götürülüb. APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Sığırlı kənd sakini Nəsimi Bəkirov şübhəli şəxs qismində saxlanılıb. Ondan 16 ədəd kibrit qutusunda 80 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb. Nəsimi Bəkirovun evində axtarış aparılarkən həyətindəki olan toyuq hinindən 222 qram qurudulmuş marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotikdən istifadəyə yeni başladığını deyib:
"Tapmışdım. Fikirləşdim ki, özüm istifadə edərəm. Bu işi heç kimə tövsiyə etmirəm. Gənclər baxsın, ibrət götürsün. Çox peşmanam. Bu işi özümə sığışdırmıram. Gedib sənət tapmaq lazımdır".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib