Lənkəranda bir ailənin 4 uşağı qidadan zəhərlənib
Lənkəranda qidadan zəhərlənmə hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Ürgə kəndində qeydə alınıb. Nəcəfovlar ailəsində şam yeməyindən sonra qəfildən uşaqların səhhəti pisləşib. Valideynləri Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət ediblər. Zəhərlənmiş Elnur, Əkbər, Elnarə və Xanpəri Nəcəfovlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksion şöbəsinə yerləşdiriliblər. Xəstəxanada qaytarma, ürəkbulanma, qarınişləmə əlamətləri ilə daxil olan uşaqlara ilkin tibbi yardım göstərilib. Uşaqlar pomidor turşusu yeyiblər. Ehtimal olunur ki, zəhərlənməyə də turşu səbəb olub.
Xəstəxanandan verilən məlumata görə, hazırda vəziyyətləri stabil olan uşaqlardan müvafiq analizlər götürülərək laboratoriya müayinəsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib