Lerikdə qəza olub, 4 nəfər xəsarət alıb
Lerikdə 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik şose yolunun 27-ci kilometrliyində qeydə alınıb. Lerik rayon sakini, 51 yaşlı Şahin Əliyevin idarə etdiyi “Niva” markalı minik avtomobili həmyerlisi, 53 yaşlı Zadir Seyfullayevin idarə etdiyi “VAZ- 2106” markalı minik maşını ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Sürücülərlə birlikdə daha 2 nəfər sərnişin bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdiriliblər.
Hadisəsinin dəqiq səbəbləri isə keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib