Sumqayıtda azyaşlını oğurlayan qadına 11 il həbs!
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə əvvəlcə təqsirləndirilən şəxsin vəkili Anar Qasımlı çıxış edib. Vəkil Xırda Babayevaya şərti cəza verilməsini xahiş edib.
Xırda Babayeva isə son söz deyib. Təqsirləndirilən şəxs hakimdən jurnalistlərin zaldan çıxarılmasını istəsə də, hakim bildirib ki, açıq proses olduğundan bunu etmək mümkün deyil.
X. Babayeva bildirib ki, onu bağışlamasalar da, həmin uşağa hər bir yardım etməyə hazırdır.
Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, X. Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?