Cəbhədə Ermənistan Ordusunun zabiti və bir neçə əsgəri məhv edilib
Ermənistan Ordusunun bölmələri təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.
OXŞAR XƏBƏRLƏR
19:30
746
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
967
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1787
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2060
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1987
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1278