Gürcüstanda yaşayan 5 min erməni gizli şəkildə Ermənistan vətəndaşlığı alıb
Gürcüstanın Axalkələk (Cavaxeti) rayonunun 5 min erməni əsilli sakini gizli şəkildə Ermənistan vətəndaşlığı alıb. APA-nın "Epress" saytına istinadən verdiyi məlumata görə, onların Ermənistan vətəndaşlığı almaları keçirilmiş son seçkilərdə üzə çıxıb. Ermənilər bu addımı sərbəst şəkildə Rusiyaya getmək və işləmək üçün atdıqlarını bildiriblər. Gürcüstanın "Rustavi 2" telekanalının isə məsələ ilə bağlı hazırladığı reportajda bildirilir ki, Ermənistan pasportlarının alınmasından sonra ermənilər Gürcüstanın vətəndaşlığını itiriblər. Çünki Gürcüstan Konstitusiyasına əsasən, ölkə vətəndaşı başqa ölkə vətəndaşlığı aldıqdan sonra Gürcüstan vətəndaşlığını avtomatik itirir. İkili vətəndaşlıq alınması üçün Gürcüstan prezidentinə müraciət etmək lazımdır.
"Exo Qafqaz" radiosu isə yerli KİV-ə istinadən məlumat verib ki, qeyd olunan problemin həll olunması və Axalkələk ermənilərinin ikili vətəndaşlıq almaları üçün Gürcüstan parlamentinin keçmiş deputatı Məlik Raisyanın başçılığı altında ermənilər imzatoplama kampaniyasına başlayıblar. Onlar Gürcüstan vətəndaşı olmadan onlara Gürcüstanda yaşama icazəsi verilməsinə çalışırlar.
Ermənistan müxalifətinə yaxın KİV isə yazıb ki, 2012-ci ilin may ayında keçirilən seçkilərdə üzərinə "Cavaxetidən Respublika Partiyasının müdafiəçiləri" yazılmış avtobuslarla gələn, Gürcüstan vətəndaşı olan Ermənistan pasportuna malik ermənilər seçkilərdə iştirak edərək səs veriblər. Həmin maşın karvanını Axalkələk şəhərinin polis rəisinin oğlu Gevorq müşayiət edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?