Zaqatalada 2 "VAZ" toqquşub
Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb. Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Tala kənd sakini, 1954-cü il təvəllüdlü Nəsrullah Soltan oğlu Osmanovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Zaqatala şəhər sakini Qalib İbrahim oğlu Xəlilovun idarə etdiyi “VAZ 21099” markalı, 62 BH 817 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə Nəsrullah Ocmanov və digər avtomobildə olan sərnişin, rayonun Donbabinə kənd sakini, 1990-cı il təvəllüdlü Gülxar Həsən qızı Xəlilova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan APA TV-yə bildirilib ki, Gülxar Xəlilovanın müalicəsi reanimasiya şöbəsində, Nəsrullah Osmanovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib