Bakıda 62 yaşlı qadın narkotiklə tutulub
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini Sahibə Nəzərova saxlanılıb. APA TV-nin xəbərinə görə, onun üzərinə baxış keçirilən zaman 62 yaşlı qadına məxsus əl cantasında olan eynək qabının içində 3 bükümdə 2.273 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan Sahibə Nəzərova narkotik vasitəni Yasamal rayonu ərazisində yerləşən banklardan birindən qayıdarkən yolda rastlasdığı tanışı Nəzakətdən aldıgını deyib.
Sahibə Nəzərovanın evinə də baxış keçirilib. Evin mətbəx otagından 440 qram miqdarında tiryək aşkar olunaraq götürülb.
Qeyd edək ki, saxlanılan 62 yaşlı qadının 3 övladı var.
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələrinin əldə olunması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib