Elşad Miri: “Evimdən 34 min manat oğurlayanların kimliyi müəyyənləşməyib”
"Evimdən 34 min manat nağd pul, məişət texnikaları və qızıl-zinət əşyaları oğurlayan şəxslərin kimliyi hələ müəyyən edilməyib". Bu açıqlamanı APA TV-yə ilahiyyatçı Elşad Miri verib. Onun sözlərinə görə, oğurluq hadisəsindən iki gün əvvəl ofisinin yerini dəyişməklə məşğul olub, bu səbəbdən texnikaları Biləcəri qəsəbəsindən yerləşən mənzilinə gətirib. İlahiyyatçı hadisədən bir həftə əvvəl sosial şəbəkələrdə özünün və ailəsinin öldürülməklə hədələndiyi barədə məlumatlar yazıldığını, bu barədə materialları müvafiq strukturlara təqdim etdiyini deyib. Elşad Mirinin sözlərinə görə, hədələnməsi ilə evindən oğurluq hadisəsi arasında əlaqə olub-olmadığını bilmir. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:36
468
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
524
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1418
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1026
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1324
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
719