Bakıda yeni təmirdən çıxan körpüdə qəza olub, uzun tıxac yaranıb
Bakıda yeni təmirdən çıxmış körpüdə yol-nəqliyyat hadisəsi baş verib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, Ziya Bünyadov prospekti Əsas yolda (Ayna Sultanova parkının yaxınlığı - 20 Yanvar istiqamətində) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb. Dərnəgül istiqamətində hərəkət edən "KamAZ" markalı avtomobil idarəetmədən çıxaraq, beton maneələri aşıb və yolun əks istiqamətinə keçib. Daha sonra yolda hərəkət edən "Ford" markalı, 99 JG 850 nömrə-nişanlı avtomobilə çırpılıb. Nəticədə "Ford"un sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:30
745
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
966
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1786
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2060
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1987
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1277