Prezident İlham Əliyev Rusiya baş nazirinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib. APA TV-nin məlumatına görə, Arkadi Dvorkoviç Rusiya prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub. Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı prezident Vladimir Putin və baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?