Zaqatalada "Mercedes"lə vurulan at öldü, arabaçı ağır vəziyyətdədir
Zaqatalada avtomobil at arabasını vurub, arabaçı xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 106-cı kilometrliyində, Zaqatala rayonunun Lahıc kəndində baş verib. Balakən rayon Qabaqçöl qəsəbə sakini, 1973-cü il təvəllüdlü Mehman Abdukərim oğlu Qafarov idarə etdiyi “Mercedes” markalı, 99 FV 403 dövlət nömrə nişanlı minik avtomobili ilə at arabasını vurub. İdarəetmədən çıxan avtomobil təxminən 20-30 metr aralıdakı işıq dirəyini kökündən çıxarıb. Qəza nəticəsində sürücü Mehman Qafarov yüngül xəsarət alsa da, at arabasında olan Zaqatala rayon Mosul kənd sakini, 53 yaşlı Nurməhəmməd Əhmədov ağır yaralanıb. Nurməhəmməd Əhmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) çatdırılıb.
Qəza zamanı əzilən at isə tələf olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib