Bakı-Şamaxı yolunda zəncirvari qəza olub
Ötən gecə Bakı-Şamaxı yolunun Müşfiq qəsəbəsindən keçən hissəsində 3 avtomobilin toqquşmasi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəsəbəyə dönmək istəyən Nurəliyev Aydın Seyidağa oğlu idarə etdiyi "Daewoo" ilə əks yolla gələn nəqliyat vasitəsini gözləməyib. Nəticədə "Daewoo" Vəlmyev Rafiq İsmayıl oğlunun idarə etdiyi "Volskwagen" markalı maşınla toqquşub. İdarəetmədən çıxan "Volskwagen" Üzeyir Atakişiyevə məxsus "Lifan" markalı avtomobilə çırpılıb. APA TV-nin xəbərinə görə, qəza zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.
Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülərin sənədləri götürülüb və onlar izahatlarının alınması üçün idarəyə aparilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib