"Advokat" ləqəbli avtoritet Bakıda həbs olundu
Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları cinayətkar aləmdə "Adoş" və ya "Advokat" ləqəbi ilə tanınan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhərində qeydiyyatda olan, Bakı şəhərində kirayədə yaşayan 40 yaşlı İlham Məmişovu paytaxtın Xətai rayonu ərazisində saxlayıblar. Onun üzərinə baxış zamanı ümumi çəkisi 5,393 qram narkotik vasitə olan heroin və kustar üsulla hazırlanmış tapança aşkar olunaraq götürülüb.
APA TV-nin xəbərinə görə, növbəti uğurlu əməliyyat tədbiri ilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş Qədir Bəşirovdan 510 qram heroin götürülüb. Hər iki faktla bağlı BMCMİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib