Gəncə-Şəmkir avtomobil yolunda qəza baş verib, yaralılar var
Gəncə-Şəmkir avtomobil yolunun 3-cü kilometrliyində yol nəqliyyat qəzası baş verib. APA-TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 9-da saat 12 radələrində baş verib. Gəncə şəhər sakini Akif Məmmədov və Gədəbəy rayon sakini Şaiq İsmayılovun idarə etdikləri “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakinləri, 1942-ci il təvəllüdlü Lala İsmayılova və 1973-cü il təvəllüdlü Laləzər Qəhrəmanova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralılardan birinin vəziyyətinin orta ağır olduğunu bildirilər.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:30
761
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
982
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1803
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2064
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1989
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1280