İŞİD İranın daha bir generalını öldürdü
İŞİD terror təşkilatı daha bir İran generalını öldürüb. İranın "Tasnim" Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keçikçiləri Korpusunun (SEPAH) komandanlarından olan Seyid Rza Hüseyni Müqəddəm Bağdadın şimalında yerləşən Samirə şəhəri yaxınlığında öldürülüb. APA TV-nin xəbərinə görə, şənbə günü öldürülən generalın İŞİD və radikal terroristlərlə mübarizə aparmaq üçün İraqda olduğu qeyd olunur.
İranın "Tabnak" xəbər saytı Müqəddəmin 5-ci Nasr Diviziyası Kəşfiyyat-Əməliyyat komandirinin köməkçisi olduğunu yazıb. İranlı general öz vəsiyyətinə görə İraqın Nəcəf şəhərində dəfn olunub. Təxminən ay yarım əvvəl də SEPAH-ın generallarından Həmid Takavi də Samirə şəhərində İŞİD tərəfindən öldürülmüşdü.
OXŞAR XƏBƏRLƏR
19:30
761
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
981
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1802
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2064
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1989
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1280