Bərdədə 18 yaşlı oğlan bacısını boğaraq öldürüb
Bərdə rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, fevralın 8-də Bərdə şəhəri E.Əsədov küçəsindəki fərdi yaşayış evində 1998-ci il təvəllüdlü Mirpaşa Şahbabayev (bütün ad və soyadlar şərtidir) bacısı, 1995-ci ildə anadan olmuş Nazlı Şahbabayevanı boğaraq qətlə yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Bildirilir ki, qətlə yetirilən 20 yaşlı qız bir müddət əvvəl evli kişiyə qoşularaq qaçıb. Qızın bu hərəkətindən sonra ailədaxili münasibətlər gərginləşib. Nəticədə 17 yaşlı oğlan bacısını öldürmək qərarına gəlib. O da bildirilir ki, qızın qoşulub qaçdığı kişi daha əvvəl bir neçə dəfə ailə qurub.
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:30
760
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
981
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1802
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2064
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1989
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1280