Salyanda 2 "Mercedes" toqquşdu: yaralılar var
Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayon Dayıkənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Abış Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad sakini, 55 yaşlı Oqtay Nəsirovun idarə etdiyi eyni markalı minik maşını ilə toqquşub. Nəticədə hər iki maşının qarşı hissəsi yararsız hala düşüb. Hadisə zamanı avtomobillərin sürücüləri və kənd sakini, 27 yaşlı Elnur Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:30
818
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1039
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1861
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2064
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1989
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1280