Göyçayda qadın evini yandırdı, bina sakinləri təxliyə edildi
Göyçay rayonunda yaşayış binasında yanğın olunub, xəsarət alan var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərindəki Natavan küçəsində qeydə alınıb. Ümumi sahəsi 1890 kvadratmetr olan iki mərtəbəli 48 mənzilli binada yaşayan 1935-ci il təvəllüdlü Ziba İbadovaya məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay və Ucar rayon yanğından mühafizə hissələrinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı mənzilin 72 kvadratmetrlik hissəsi yanıb, qonşu mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı yanıq xəsarətləri alan ev sahibi Ziba İbadova Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ev sahibi və binada yaşayan 30 nəfər yanğınsöndürənlər tərəfindən hadisə yerindən təxliyə olunub. Məlumata görə, ev sahibi Ziba İbadova ruhi xəstədir və mənzildə tənha yaşayır. O, zibilləri evin ortasına toplayaraq, yandırıb və bu səbəbdən də mənzil yanıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?