Bakıda zəncirvari qəza törədən qadın sürücü ağır yaralandı
Paytaxtın Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza rayonun Ə. Salamzadə küçəsində baş verib. Gülnarə Əmənova idarə etdiyi "Hyundai" markali avtomobillə adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış Vasif Məmmədova məxsus "Opel" markali avtomobilə cırpılıb. Zərbənin təsirindən qadın sürücünün idarə etdiyi nəqliyyat vasitəsi daha sonra Mais Əbdülrəhmanova məxsus "Wolkswagen" markalı avtomobilə çırpılıb. Nəticədə 25 yaşlı Gülnarə Əmənova müxtəlıf dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal 1 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Hadisə yerinə dərhal Yol Patrul Xidmətinin əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib