İordaniyadan İŞİD-ə zərbə: 55 terrorçu məhv edildi
İordaniya hərbi təyyarələri İŞİD-in Suriyadakı mövqelərini bombalayıb. APA TV-nin xəbərinə görə, bombardman nəticəsində aralarında İŞİD-in Nineviya bölgəsinə cavabdeh olan şəxslə birgə 55 terrorçunun öldürüldüyü açıqlanıb. İŞİD-in mövqelərini bombalayan təyyarələr geri dönərkən diri-diri yandırılaraq öldürülən pilot Muaz əl Kasasbehinin doğulduğu Aya kəndi üzərində zəfər uçuşu keçirib.
Müdafiə Nazirliyinin yaydığı görüntülərdə İordaniyalı pilotlar havaya qalxmazdan öncə bombaların üstünə pilot Muaz əl Kasasbehin qisasını alacağıq yazdıqları görünür.
Qeyd edək ki, İordaniya kralı Abdulla Kasasbehin yandırılmasından sonra iki terrorçunu edam etdirib, intiqam andı içib.
Ötən gün isə kral və həyat yoldaşı kraliça Rania pilotun ailəsini ziyarət edərək baş sağlığı verib.
Xatırladaq ki, İŞİD fevralın 3-də iordaniyalı pilotun yandırılaraq öldürülməsinin görüntülərini yaymışdı.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib