Sumqayıtda "BMW" 30 yaşlı piyadanı vurub öldürdü
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "BMW" markalı avtomobil yolu keçən piyadanı vurub. 24 yaşlı Nicat Ağayevin idarə etdiyi "BMW" markalı maşın Sumqayıtın Sülh küçəsi ilə hərəkətdə olarkən piyada keçidinin üzərində 30 yaşlı Əzimov Rəfael Ərşadxan oğlunu vurub. Piyada hadisə yerində ölüb.
Piyadanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə aparılıb. Hadisənin törədildiyi avtomobil isə cərimə meydançasına qoyulub. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Sürücü Nicat Ağayev ifadəsinin alınması üçün polis idarəsinə dəvət edilib.
İlkin ehtimala görə, piyada Rəfael Əzimov işıqfordan sonra çəkilmiş yerüstü piyada keçidi ilə yolu keçirmiş. Həmin vaxt işıqforda avtomobillər üçün yaşıl işıq yanırmış və sürücü Nicat Ağayev sürətlə idarə etdiyi avtomobillə piyadanı vurub. Hadisənin dəqiq səbəblərini istintaq müəyyənləşdirəcək.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib