Oğurluğa görə tutulan çempionun "Cibgir Rəhilə"nin qızı olduğu üzə çıxıb
Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən 3 nəfərlik dəstənin üzvlərinin birinin kimliyi ilə bağlı maraqlı faktla üzə çıxıb. Dəstə üzvlərindən Sumqayıt şəhər sakini, cüdo üzrə Sumqayıt şəhər çempionu, 1991-ci il təvəllüdlü Günay Şirinovanın kriminal aləmdə "Cibgir Rəhilə" kimi tanınan Rəhilə Şirinovanın qızı olduğu müəyyənləşib. APA TV-nin əldə etdiyi məlumata görə, Günay Şirinova 3 dəfə məhkumluq həyatı yaşamış anası Rəhilə Şirinova ilə yola getməyib və evdən ayrılıb. 24 yaşlı qız dəstənin digər üzvləri Elvin və Elşən Məmmədov qardaşları ilə kirayə ev tutaraq, onlarla bərabər yaşayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqda təqsirləndirilən dəstənin üzvləri yaxalanıb.
Natiq Qədimov
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib