Nəsimi rayonunda zəncirvari qəza törədən sürücü qaçdı
Bakının Nəsimi rayonunda zəncirvari qəza törədən sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumatına görə, hadisə Mirəli Qaşqay və Mikayıl Rəfili küçələrinin kəsişməsində qeydə alınıb. "H016696" nömrəli "Ford" markalı maşın öncə "Great Wall" markalı maşını vurub. Daha sonra yol kənarında dayanan "Hyundai"ya çırpılıb. Qəza nəticəsində "Great Wall"ın sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb, yaralı sürücüyə ilkin tibbi yardım göstərilib.
Zərərçəkənlərdən "Hyundai"ın sürücüsü Elşən Məmmədovun sözlərinə görə, qəzadan sonra "Ford"un sürücüsü qaçıb.
Hadisə yerinə gələn Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları qaçan sürücünün axtarışlarına başlayıblar.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:30
856
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1077
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1895
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2070
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1995
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1284