Mingəçevirdə maşın xəstəxananın hasarına çırpıldı: 2 yaralı
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Mingəçevir sakini Eyyubov Vüsal Şahməddin oğlunun idarə etdiyi 45- BD-408 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Hüseynov Azər Əbülfət oğluna məxsus 90-EV-135 dövlət nömrə nişanlı “Honda CRV” markalı maşınla toqquşub. “Honda” markalı avtomobilin sürücüsü isə zərbənin təsiri nəticəsində idarəetməni itirərək yolun kənarındakı səkiyə çıxıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının hasarına çırpılıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Güclü toqquşma nəticəsində “VAZ 21011” markalı avtomobil tamamilə yararsız hala düşüb.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?