Maral Tahirqızı barəsində qətimkan tədbiri seçildi
Müğənni Maral Tahirqızı barəsində qətimkan tədbiri seçilib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Maral Tahirqızı evində əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunaraq polis tərəfindən dindirilib.
Müğənni APA-ya ittihamları qəbul etmədiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
19:30
855
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1076
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1894
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2070
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1995
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1284