Balakəndə təqsirləndirilən şəxs hakimin otağında qətlə yetirildi
Balakəndə iki ay əvvəl həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında qətlə yetirilib. Balakən Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, Təcilli Yardım Stansiyasına fevralın 4-də axşam saatlarında Rayon Məhkəməsinin binasında bir nəfərin bıçaqlanması barədə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası tərəfindən aparılan müayinə və araşdırma zamanı məlum olub ki, məhkəmə prosesində təqsirləndirilən, rayonun Qullar kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Xanpəriyev ağır bıçaq xəsarətləri alıb və hadisə yerində ölüb.
Məhəmməd Xanpəriyevin atası İlham Xanpəriyevin APA TV-yə deyib ki, hadisə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun otağında baş verib. Rafiq Kazımovun otağında aparılan məhkəmə prosesində oğlunu qarşı tərəf, həmkəndlisi olan 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyev bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Elşən Xipiyev həbs edilərək istintaqa təhvil edilib. Faktla bağlı cinayət işi başlayıb.
Qeyd edək ki, Məhəmməd Xanpəriyevlə Elşən Xipiyev arasında münaqişə ötən ilin dekabr ayının əvəllərindən başlayıb. Həmin vaxt Məhəmməd Xanpəriyev İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi bıçaqlayıb.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?