Prezident İlham Əliyev Xətai rayonunda tikilən fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub. APA TV-nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək.
Fəvvarələr və şəlalələr kompleksində yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı müvafiq tövsiyələrini verib.
OXŞAR XƏBƏRLƏR
19:30
855
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1076
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1894
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2070
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1995
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1284