Bakı-Qazax yolunda qəza: ana öldü, oğlu və qaynı ağır yaralandı
Bakı-Qazax yolunda baş verən avtomobil qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, yolun 261-ci kilometrliyində, Ağdaşın Yenicə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını ilə “Iveco” markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Hadisə yerinə cəlb olunan FHN-nin Ağdaş Yanğından Mühafizə Hissəsinin xilasediciləri kəsici alətlər vasitəsilə deformasiyaya uğrayan “Mercedes”də sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıblar. Xəsarət alan şəxslər - sürücü 1983-cü il təvəllüdlü Zaur Vəliyev, onun qaynı 1996-cı il təvəllüdlü Hüseyn Qasımov ağır vəziyyətdə Ucar və Ağdaş rayon xəstəxanalarına yerləşdirilib. Sürücünün anası, 1961-ci il təvəllüdlü Afət Vəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib