Cəbhədə təxribat törətmək istəyən erməni hərbçilər məhv edildi - REAL GÖRÜNTÜ
Yanvarın 31-də cəbhədə təxribat törədən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının məhv edildiyi əməliyyatın görüntüləri yayılıb. APA-nın məlumatına görə, sosial şəbəkələrdə yayımlanan videoda 31 yanvar saat 15:00 radələrində Qazax rayonu istiqamətində cəbhə xəttində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv olması əks olunub. Videoda Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının minaya düşmələri aydın görünür. Erməni hərbçilər ağaclıq və kolluq sahə ilə Azərbaycan Ordusunun mövqelərinə doğru yaxınlaşarkən minaya düşürlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı APA-ya bildirilib ki, bu video cəbhədə təxribat törətməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin verdiyi itkisi barədə Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 31-də yaydığı məlumatı bir daha təsdiq edir. “Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədirdi. Onlar digər hadisələri, itkiləri beləcə öz ictimaiyyətlərindən gizlətməyə çalışırlar” deyə MN-dən bildirilib. Qeyd edək ki, Azərbaycan MN-in cəbhənin Qazax rayonu istiqamətində minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv edilməsi barədə yaydığı xəbər Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilmiş və belə bir hadisənin baş vermədiyi bildirilmişdi. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə ötən gün keçirilən genişmiqyaslı hərbi təlimdə çıxışı zamanı qısa müddət ərzində 20-dən çox erməni hərbçinin cəbhədə məhv edildiyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?