Sabah Bakıda hava yağışlı və buludlu olacaq
Fevralın 5-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib deyib ki, şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Günün ikinci yarısından qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib