Bakıda keçmiş arvadını öldürən şəxs intihara cəhd edib - YENİLƏNİB
Bakıda 28 yaşlı qadın qətlə yetirilib. Nərimanov Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Yusif Vəzir Çəmənzəmənli küçəsi 106, mənzil 44-də qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurban Əflatun oğlu Kazımov aralarında yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Nübar Cümə qızı Muradovanı qətlə yetirib. Qonşuların sözlərinə görə, qətlə yetirilən qadını tanımırlar.
Qurban Kazımov hadisədən sonra damarını doğrayaraq intihara cəhd edib. Dəhlizdə olan qan izləri onun hadisəni evdə törətdiyini, daha sonra isə evi tərk etdiyi ehtimalını yaradır. Hazırda Qurban Kazımov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:30
856
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1077
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1895
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2070
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1995
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1284