Bakıda 5 dəfə məhkum olunmuş şəxs qətl törədib
Bakıda qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib.
Lent.az-ın məlumatıma görə, hadisəni törədən Elşad Mustafayevin qardaşı bir müddət əvvəl vəfat edib. Namiq Əliyev onun vəfat etmiş qardaşının dul arvadı ilə münasibət qurmağa çalışıb. Məsələdən xəbər tutan Elşad Mustafayev onu öldürüb.
Elşad Mustafayev tutulub, faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
19:30
931
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1153
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1969
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2077
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
2001
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1288