Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb
Yanvarın 31-i-fevralın 1-də Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb. APA TV-nin xəbərinə görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) vitse-prezidenti Arzu Mustafayev jurnalistlərə bildirib ki, yarışda 100-dək idmançı iştirak edib. Sayca 8-ci dəfə keçirilən çempionata Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən, respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları qatılıblar. Yarışlar iki mərhələdə - sürət və çətinlik mərhələlərində keçirilib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Nizami Mursakulov bildirib ki, bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında keçirilən dünya çempionatında iki idmançımız iştirak edərək, yüksək nəticəyə nail olub.
Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?