YAP Gənclər Birliyi Gənclər Günü ilə əlaqədar tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib. APA TV-nin xəbərinə görə, tədbirdə baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, gənc fəallar iştirak ediblər.
Mərasimdə çıxış edən baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu günün yaranmasından 20 il ötür: “Azərbaycan gəncliyinin qarşısında duran ən müqəddəs vəzifə dövlətimizin qorunmasıdır. Milli ideyanın, dəyərlərin daşıyıcısı olmaq Azərbaycan gəncliyinin qarşısında duran ən mühüm vəzifədir. Digər vəzifə isə Azərbaycanın gələcəyinə hazır olmaqdır”.
Milli Məclisin vitse-spikeri Bahar Muradova gəncləri təbrik edərək bildirib ki, bu günün gəncləri Azərbaycanın ən layiqli vətəndaşı kimi öz öhdəliklərinə düşən vəzifəni uğurla yerinə yetirir.
Tədbirin sonunda ötən il təşkilatın fəaliyyətində aktivlik göstərən gənclərə mükafatlar təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb