Bərdədə iki qonşunun evi eyni vaxtda qarət edilib
Bərdədə eyni vaxtda iki qonşunun evindən oğurluq edilib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, şəhərin Həzi Aslanov küçəsində vətəndaşlara məxsus mənzillərdən nağd pul və qızıl-zinət əşyaları oğurlanıb. Ev sahiblərinin sözlərinə görə, oğrular evlərə günorta saatlarında daxil olub. Zərərçəkən, Bərdə şəhər sakini Tamerlan Heydərov bildirib ki, onun evinə qanunsuz girən naməlum şəxslər ancaq bir cüt sırğa tapa bilib. Bundan sonra qonşusu Hamlet Quliyevin mənzili qarət olunub. Buradan isə 450 manat pul və xeyli sayda qızıl-zinət əşyaları aparılıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib. Hadisə yerinə gələn əməliyyatçılar oğurluq əməli törədən şəxslərin müəyyən edilib saxlanması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb