Fövqəladə hallar naziri cəbhə bölgəsində vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Horadiz şəhərində bölgə vətəndaşlarını qəbul edib. APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, görüşdə nazir Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib. Bundan başqa, kadr məsələləri ilə bağlı 116, digər məsələlərlə əlaqədar müraciət etmiş 147 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul edilib. Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlara ətraflı məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
14:40
357
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
271
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1016
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1163
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1979
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2082