Fevralın birinci yarısı ölkədə şaxtalı hava şəraiti gözlənilir
Azərbaycan Respublikası ərazisində fevral ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında ay boyu 2-4 dərəcə isti, gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzən isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-5 dərəcə şaxta, gecələr 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısında 16-18 dərəcə isti olacağı ehtimal edilir. Daşkəsən və Gədəbəy rayonlarında havanın 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gecələr 0-5, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, ayın 15-dən ayrı-ayrı günlərində 13-16 dərəcə isti olacağı təxmin olunur. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında temperaturun 2-4 dərəcə, gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, fevralın ikinci hissəsində 15-17 dərəcə isti gözlənilir. Şimal-qərb və Şimal bölgəsində orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gecələr 2-7 dərəcə şaxta, bəzi günlərdə 0-5, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran, Muğan, Mil regionunda hava şəraitinin 3-5 dərəcə isti, gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 9-14, bəzi günlərdə 0-5, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19 dərəcə isti olacağı deyilir. Cənub bölgəsində 2-5 dərəcə isti, gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-3, dağlarda 7-12 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-3, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb