Gəncə-Şəmkir yolunda ağır qəza: İki ölü, bir yaralı
Gəncə-Şəmkir avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə yanvarın 29-da saat 22.00 radələrində Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən Dövlət Yol Polisinin Şəmkir rayonu ərazisindəki stasionar post yaxınlığında idarəetməni itirib və yolun kənarında ağaca çırpılaraq aşıb.
Qəza nəticəsində maşında olan iki nəfər hadisə yerində ölüb, xəsarət alan Tovuz rayon sakini, 48 yaşlı Quliyeva Zabitə Səbuhi qızı isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Hüquq-mühafizə orqanların əməkdaşları qəza nəticəsində ölənlərin şəxsiyyətini dəqiqləşdirir. Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb