Prezident İlham Əliyev və xanımı “Şahdağ” qış-yay turizm kompleksində
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar. APA TV-nin məlumatına görə, dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib. Sonra dövlət başçısı və xanımı otel nömrələri ilə tanış olublar. Otellə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb.
Prezident və xanımı həmçinin “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər. Dövlət başçısı 1 nömrəli kanat yolunu işə salıb.
Dövlət başçısı və xanımı kanat yolunu sınaqdan keçiriblər.
OXŞAR XƏBƏRLƏR
14:40
405
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
343
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1035
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1170
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1984
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2088